- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Əfsanəvi boksçular Mayk Tayson və Floyd Meyvezer arasında döyüş bu ilin yazında Konqoda baş tutacaq. Allsport.az xəbər verir ki, qarşılaşmanın aprelin 25-nə planlaşdırıldığı bildirilir.
Hazırda 59 yaşı olan Taysonun hesabında 50 qələbə və 7 məğlubiyyət var; o, sonuncu dəfə 2024-cü ilin noyabrında Ceyk Pola uduzub.
48 yaşlı Meyvezer isə karyerası ərzində keçirdiyi 50 döyüşün hamısında qalib gələrək məğlubedilməzliyini qoruyur.