- Baxış sayı: 13
- 06 Fevral 2026 13:35
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

UEFA, çempionlar liqasında pley-ofun ilk oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” bu mövsüm topa ən çox sahib olan komandadır.
Ağdam təmsilçisi 64 faizlə 1-ci pillədə qərarlaşıb. Türkiyə “Trabzonspor”u 2-ci (62 faiz), Şotlandiya “Reyncers”i isə 3-cüdür (56 faiz).
“Köhlən atlar” evdə Çex Respublikasının “Viktoriya” klubu ilə 0:0 edib. Avqustun 23-də Plzendə cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandamız yeni mövsümdə milli idman geyim brendi “İL’AZERO” ilə anlaşıb. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri ölkəmizdə yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.