- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Beynəlxalq futbol tarixi və statistikaları federasiyası dünyanın ən yaxşı klublarının yeni siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 304 komandanın yer aldığı siyahıda bu dəfə də Azərbaycandan tək “Qarabağ” yer alıb.
“Köhlən atlar” əvvəlki reytinqlə müqayisədə, 13 pillə geriləyib və 131 xalla 91-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası “Fənərbağça” (Türkiyə), “Atletiko Nasyonal” (Kolumbiya) və “Brügge” (Belçika) ilə eyni xala malikdir.
Xatırladaq ki, komandamız yeni mövsümdə milli idman geyim brendi “İL’AZERO” ilə anlaşıb. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri ölkəmizdə yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.