- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Yeni mövsümə hazırlıqların 2-ci mərhələsini Anqarada davam etdirən “Sumqayıt”, bu gün 2-ci yoxlama oyununda Türkiyə 1-ci liqası təmsilçisi “Gənclərbirliyi”ni 1:0 yenib.
Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” 35-ci dəqiqədə Cordan Rezabalanın vurduğu qolla qələbə qazanıb. Görüşdən sonra baş məşqçimiz Samir Abbasov bunu deyib:
“Artıq Qızılcahamamda hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlıqlarımız da davam edir.
Bugünkü yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil.
Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik”.