- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:58
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Moskvanın SSKA klubunun keçmiş üzvü Zoran Toşiç gələcəklə bağlı planlarından danışıb. Allsport.az saytı xəbər verir ki, 37 yaşlı futbolçu yayın əvvəlində Yunanıstan “Lamiya”sından ayrılandan sonra bekar qalıb.
“Bir neçə gün əvvəl “Zenit” – SSKA əfsanələri matçında oynadım. Gələcəyimlə bağlı qərar verənə qədər, böyük ehtimalla bir daha meydana çıxmayacağam. Başqa bir şey edəcəm. Dəfələrlə demişəm, bu klubu çox sevirəm. Əgər orada işləmək imkanı olarsa, bu təklifi məmnuniyyətlə nəzərdən keçirəcəyəm”, – serbiyalı yarımmüdafiəçi deyib.
Zoran Tosiç 2010-2017-ci illərdə “hərbçilər”də çıxış edib.