Bir neçə tribunada biletlər tamamən satılıb

Formula1 Azərbaycan qran-prisinə olan biletlərin əksəriyyəti satılıb. Allsport.az saytı xəbər verir ki, “Filarmoniya”, “İçərişəhər” və “Bulvar” tribunalarına, həmçinin “Abşeron” tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb. Qalan tribunalar üçün olan biletlər də qurtarmaq üzrədir.

İndiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və bu biletlərin 45 faizi xarici ölkələrin payına düşür. İlk onluğa Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.

Həmin kateqoriyadan