“Bir oyunçunun gələcəyini agentlər və atalar həll etmir”

“Napoli”nin mətbuat xidməti sosial şəbəkələrdə cinah hücumçusu Xviçi Kvaratsxeliyanın gələcəyi ilə bağlı şayiələrə görə açıqlama yayıb.

Allsport.az xəbər verir ki, daha əvvəl Xviçanin maraqlarını təmsil edən futbol agenti Mamuka Cuqeli futbolçunun bu yay komandanı tərk edə biləcəyini bildirmişdi.

“Kvaratsxeliyanın agenti Mamuka Cuqeli və atası Badrinin açıqlamaları ilə əlaqədar olaraq, “Napoli” xatırladır ki, futbolçunun klubla 3 illik müqaviləsi var. Kvaratsxeliya satılmır. Bir oyunçunun gələcəyini agentlər və atalar həll etmir, belə məsələləri yalnız klub həll edir!”, – bəyanatda deyilir.

Həmin kateqoriyadan