- Baxış sayı: 5
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Turan Tovuz” premyer liqanın 16-cı turunda səfərdə “Zirə”yə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçi Ayxan Abbasov yenilgiyə belə şərh verib:
“Maraqlı və mübarizəli oyun oldu. Hesabdan asılı olmayaraq futbolçularım sona qədər mübarizə apardılar. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Rəqibin üstünlüyü standart vəziyyətlər idi. Zədə səbəbindən bəzi futbolçuların olmaması müdafiədə boy fərqində rəqibdən geri qalmağımıza səbəb oldu. Bundan da istifadə etdilər.
Qol buraxdıqdan sonra hücuma qoşulduq. Rəqibin əks-hücumda, xüsusilə də Keytanın aktiv olduğunu bilirdik. Qolumuzu da vurduq. Biraz diqqətli və fəal ola bilsəydik növbəti qolu da vura bilərdik. Qarşıdan çətin oyun gəlir. Çalışacağıq ki, zədəlilərimiz də sıraya qayıtsın, bizə kömək etsinlər.
Çünki belə sıx qrafikdə zədəlilərin çox olması bizə mane olur. Azarkeşlərimizə təşəkkür edirəm, yenə bizi yalnız buraxmadılar. 500 kilometr yol qət edib bizi dəstəklədilər. Udsaq da uduzsaq da daim bizi dəstəkləyirlər”.