- Baxış sayı: 22
- 26 Noyabr 2024 18:52
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
Peşəkar Futbol Liqasının layihəsi olan “Birinci divizionda ayın ən yaxşı qolu”nda ilk qalib müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçilib.
Pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə PFL-in Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından 1-ci müavin Qüdrət Əliyevdən aldı.
Qeyd edək ki, PFL bu oyuna jurnalistlərin səfərini də təşkil edib.