“Birlik” “Payız turniri”ndə ən güclü oldu

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb. Allsport.az xəbər verir ki, turnirin qalibi “Birlik” komandası olub. “Zirvə” 2-ci, “Ümid” isə 3-cü yeri tutub.

“Birlik” komandasından Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Ümid” komandasından Elşən Musayev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Zirvə” komandasının üzvü İsrail Cəbrayılov olub.

Həmin kateqoriyadan