- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0
Mayın 25-də ölkə kubokunun finalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə «Qarabağ»la «Neftçi» klubları üz-üzə gələcəklər. Oyuna xeyli vaxt qalsa da, adı ilk çəkilən komandanın baş məşqçisi bu görüşlə bağlı açıqlama verib. Qurban Qurbanovun sözünə görə, kubok fərqli yarışdır:
«Hamı deyir: «Neftçi» zəifləyib, amma rəqib bu gün finaldadır. Onlar da kuboku qazanmaq istəyirlər. Ona görə oyun gərgin olacaq. Bizə Azərbaycan kubokunun hansı stadionda keçiriləcəyinin fərqi yoxdur. Əsas odur ki, meydan yaxşı olsun».