- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Bu gün “Neftçi” premyer liqanın 35-ci turunda Qəbələdə “Kəpəz” üzərində 3:1 əzmkar qələbə qazandı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Laurentsiu Regekampf bunu dedi:
“Hər oyunçuya fürsət vermək lazımdır. Çempionatın sonudur. Onların əksəri yorulub. Bizə çoxlu oyunçular lazımdır.
İlk yarıda standart vəziyyətdən yersiz qol buraxdıq. Məşqlərdə dəfələrlə bunun üzərində işləmişik. 2-ci hissədə əks-hücumlar etdik. Bunlar faydalı oldu və matçı xeyrimizə çevirə bildik”.
Xatırladaq ki, Gəncə şəhər stadionunun ot örtüyü yararsız olduğundan, “sarı-göylər” ev oyunlarını Qəbələdə keçirir.
Kamran HACI, Qəbələ