- Baxış sayı: 18
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Real Madrid”in və Braziliya yığmasının hücumçusu Rodriqo 2022-ci il dünya çempionatının qalibi olan Argentina millisi fonunda millinin hazırkı səviyyəsindən danışıb.
Allsport.az xəbər verir ki, Braziliya millisi sonuncu dəfə 2002-ci ildə mundialın qalibi olub.
“Braziliya hər turnirdə, hər matçda qələbə üçün çalışır. Tariximizə görə biz həmişə favoritik.
Əlbəttə, biz Argentinadan geriyik, onlar hazırkı dünya çempionları və eyni zamanda Amerika kubokunun hazırkı qalibləridir, lakin bu vəziyyəti dəyişmək və Braziliyanı Amerikanın ən yaxşısı və yenidən dünyanın ən yaxşısı etmək üçün hər cür imkanımız var”, – Rodriqo “Placar TV”də bildirib.