“Biz belə oynayanda 15 qol epizodu yaradıb, sonda ya heç-heçə edir, ya da uduzuruq”

Premyer liqanın 8-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Komandamızın hesabı açmasından sonra üstünlüyün rəqibə keçməsi nə taktika, nə də pressinqlə bağlıdır. Bu futbolçuların həddən artıq çalışması və onların böyük məsuliyyəti ilə əlaqəlidir. Oyundan öncə görürdüm ki, futbolçular qələbə üçün həyəcan keçirir. Mən nəticə üçün belə narahat olan, qələbə qazanmaq üçün çalışan, məsuliyyətli komanda görməmişəm.

Futbolçular yaxşı oynamaq deyil, qələbə qazanmaq istəyirdilər. Oyunçuları təbrik edirəm. Qarşılaşmadan sonra futbolçularıma dedim ki, bəlkə də “Qarabağ”dan başqa digər komandaların bizimlə oyunlarda müdafiədən necə oynadığını öz üzərinizdə hiss etdiniz. Biz tək qapı oynayıb, 50-60 hücuma qol vura bilmədiyimiz matçlar keçirmişik. Bu gün isə belə deyildi. Rəqib sadəcə topa nəzarət edirdi. Biz isə belə oynayanda 15 qol epizodu yaradıb, sonda ya heç-heçə edir, ya da uduzuruq”.

 

Həmin kateqoriyadan