- Baxış sayı: 15
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Premyer liqanın son turunda “Araz-Naxçıvan” səfərdə “Qarabağ”la 2:2 heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında “qırmızılar”ın baş məşqçisi Elmar Baxşıyev bunu söyləyib:
“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edir, digər klublarımıza isə avrokubok oyunlarında uğur qazanmaqlarını arzulayıram. Mövsümün son oyunu azarkeşlər üçün maraqlı alındı. Biz də qalib gələ bilərdik, “Qarabağ” da uda bilərdi, amma yekunda heç-heçə qeydə alındı. Futbolçularımı təbrik edirəm.
Yaxın günlərdə klub rəhbərliyi ilə görüşümüz olacaq və yeni mövsümlə bağlı planlar müzakirə olunacaq. Müqavilənin müddəti 2 ay nəzərdə tutulmuşdu. Bu müddət komandanı tanımaq baxımından əhəmiyyətli idi. Halbuki rəhbərlik anlaşmanın müddətini 1 il etmək istəyirdi. Görüş zamanı müəyyən suallara aydınlıq gətiriləcək.
Daha iddialı komanda qurmaq istəyirik. Arxada qalan mövsüm də göstərdi ki, ehtiyat oyunçular skamyamız bütöv deyildi. Ona görə də heyəti tam komplektləşdirmək vacibdir. Ümumiyyətlə “Araz-Naxçıvan” layihəsi mənim üçün də maraqlıdır”