- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Biz həmişə işimizi görməyi düşünürük. Biz onu fikirləşmirik ki, Almaniyanın öz işinin öhdəsindən gələcəkmi…”
Allsport.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente bildirib.
Bu gün Almaniyaya qarşı keçiriləcək 1/4 final oyunu ilə bağlı təşkil olunan mətbuat konfransında 63 yaşlı mütəxəssis bildirib ki, rəqiblərinin güclü tərəflərini minimuma endirməyə və zəif cəhətlərindən istifadə etməyə çalışacaqlar:
“Oxşar xüsusiyyətlərimiz var. Meydana çıxıb qələbə qazanmağa çalışacağıq. Biz çox məsuliyyət hiss edirik.
Təbii ki, Almaniyada çıxış etmək təcrübəsi olan Dani Olmo və Alejandro Qrimaldo ilə çox danışmışam. Onlar həmişə bizə alman futbolunun müəyyən tərəflərindən bəhs edirlər. Amma biz onların milli komandasını çox yaxşı tanıyırıq və bütün oyunçularım oyuna hazırdır. Oyun planımız dəyişməyəcək. Bir və ya iki kadr dəyişikliyi ola bilər, amma plan əvvəlki kimi qalacaq”.