- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta, Bukayo Saka və Aleksandr Zinçenkonun premyer liqada “Liverpul”la matçda (3:1) aldığı zədələri şərh edib:
“Bukayo yaxşı olmalıdır. Düşünürəm ki, o, topuğuna zərbə aldı, amma vəziyyəti normaldır. Zinçenkoya gəlincə isə bunu bilmirik. O, yenidən baldır əzələsində nəsə hiss etdi və biz onu oyundan çıxarmalı olduq. Hər şey müayinələrdən sonra məlum olacaq”.