“Bizdən bir az yaxşı olduqları üçün “Qarabağ”a uduzduq”

“Balanslı qrupda qərarlaşmışıq. Bizdən bir az yaxşı olduqları üçün “Qarabağ”a uduzduq. Konfrans liqasında qrup mərhələsinə yüksəldikdən sonra çempionatın prioritet olduğunu və avrokubokda ən yaxşısı üçün çalışacağımızı demişdik”.

Allsport.az xəbər verir ki, bu sözləri “Omoniya”nın baş məşqçisi Henninq Berq konfrans liqasındakı yer aldıqları qrup haqda danışarkən deyib.

O, həmişə qələbə üçün çalışdıqlarını bildirib: “Mərhələ adlamaq şansımızın az olduğunu deyə bilmərəm. “Bazel” və “Qarabağ” hər il avrokuboklarda çıxış edir. Püşkatma vaxtı biz dördüncü səbətdə yer almışdıq. Konfrans liqası böyük təcrübədir.  Yüksəliş və enişlərimiz olacaq. Ehtiyac duyduğumuz tarazlığı tapmalıyıq. Konfrans liqasının ilk oyunlarında qələbə qazana bilsəydik, Bazeldə hər şey fərqli ola bilərdi”.

“Omoniya” ilk turda “Kayrat”la qolsuz heç-heçə edib, 2-ci turda “Qarabağ”a uduzub – 1:4.

Həmin kateqoriyadan