- Baxış sayı: 27
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, “Mersedes” sürücüləri Bəhreyndə 5-ci və 7-ci olublar. Sürət baxımından kollektiv 4-cü yerdə qərarlaşıb. Komandanın rəhbəri Toto Volf sonuncu yarışın ən pis yarışlardan biri adlandırdıb:
”Bizim üçün ən pis günlərdən biridir. Bolidin rəqibləri ilə mübarizə aparmaq üçün kifayət qədər sürəti yox idi. “Aston Martin”in sürəti artıq sınaqlarda görünürdü, “Red Bull” isə başqa planetdədir. Onların üstünlüyü mənə ən yaxşı illərimizi xatırladır. Bunu izləmək kifayət qədər ağrılıdır.
İndi onlar bizim üçün nümünə olacaqlar. Liderliyə qayıtmaq üçün addım-addım hərəkət etməliyik. Biz bunu mütləq edəcəyik. ”Aston Martin” əla iş gördü və layiqli nəticəni əldə etdi. Onlar bizim “Mersedes” mühərriklərindən istifadə edirlər, amma üstünlükləri yalnız bu səbəbdən deyil”.