- Baxış sayı: 14
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsi cavab oyununda “Neftçi” evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib və yarımfinala vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Miodraq Bojoviç oyun barədə danışıb:
“Oyuna yaxşı başladıq. Bir neçə yaxşı qol epizodumuz var idi. Eyni zamanda “Sumqayıt” da yaxşı oynayırdı. Onlara qibtə etmək üçün səbəblər var. VAR görüntüsü ilə bağlı bir neçə vəziyyət oldu. Ola bilsin ki, bu məqamlar oyunun tempini aşağı salırdı. İkinci yarı da azarkeşlər üçün maraqlı oldu.
Bizim üçün bir az əsəbi keçdi. Çünki başa düşürdük ki, ikinci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, buraxmadıq və növbəti mərhələyə adladıq”.