- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 25-ci turunda “Kəpəz” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Adil Şükürov oyun haqda danışıb:
“Allaha çox şükür olsun ki, qələbə qazandıq. Bütün “Kəpəz” azarkeşlərinin sevincinə səbəb olduq. Matça gəlincə, bu görüş istədiyimiz kimi baxımlı olmadı. Bizə nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə uyğun oyun oynayaq.
Görüşün sonuna yaxın müdafiəyə meyilli oynadıq. Daha sürətli oyunçularımızı meydana buraxdıq. Çox şükür bəhrəsini gördük, qollar vura bildik. Bizim üçün vacib üç xalı qazana bildik”.