- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka Azərbaycan millisinə qarşı Bakıda keçirdikləri yoxlama oyunundan (1:2) sonra fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“İlk növbədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bizə yaratdığı şəraitə görə minnətdaram. Oyuna gəlincə, yaxşı oyun oldu. İlk hissədə rəqib daha yaxşı oynadı. Bizimlə müqayisədə Azərbaycan millisi daha çox qol imkanı yaratdı.
Son vaxtlar yaxşı çıxış etmirik. Bu gün 5 əsas oyunçumuz yox idi. Hansı ki, onlar Türkiyə, Rusiya və Ukrayna çempionatında çıxış edirlər. Onların əvəzinə gənc futbolçulara şans verdik.
Azərbaycan idmanı inkişafdadır. Bu, futbolda da özünü göstərir. İdmanınıza böyük investisiya qoyulur. Bu, öz sözünü deməli idi. Bizdə isə Azərbaycandakı kimi imkan yoxdur. Amma yenə də oyunumuzu düzəltməyə çalışırıq”.