- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovun çıxış etdikləri Portuqaliyanın “Boavişta” klubunda gözlənilməz hadisə yaşanıb. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Ervin Sançeslə yollları ayırmağa qərar verib.
Komanda bununla bağlı yaydığı rəsmi məlumatda 46 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb. Hazırda “şahmat bəbirləri” baş məşqçisiz qalıb. Yaxın günlərdə yeni baş məşqçinin kimliyinə aydınlıq gəlməlidir.
Qeyd edək ki, Ervin Sançes 2015-ci ildən “Boavişta”nın baş məşqçisi idi. Komanda cari mövsümdə 7 turdan sonra 13-cü pillədə qərarlaşıb. Emin bu kluba keçəndən bəri hələ də rəsmi oyunda debüt etməyib. Kamran isə Sançesin rəhbərliyi ilə 2 matçda iştirak edib.