- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Beşikdaş”da transfer dönəmində sol cinah müdafiəçisi axtarışları davam edir. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” Argentina liqasında “Boka Xuniors”un futbolçusu Aqustin Sandesə talib olub.
Baş məşqçi Şənol Günəş bu məsələdə israrlıdır. Artur Masuakunun müqavilə problemi səbəbi ilə qeyri-müəyyənlik yaşanarkən, sürpriz ad gündəmə gəlib.
22 yaşlı sol cinah müdafiəçisinin klubla müqaviləsi 2026-cı ildə başa çatacaq. Hazırda bazar dəyəri 1 milyon avro olan Sandes ötən mövsüm 17 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.