- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın qız və qadın boksçuları Serbiyanın Sombor şəhərində keçirilmiş millətlər kubokunda 11 medal qazanıblar. Allsport.az xəbər verir ki, yarışın sonuncu – altıncı günündə milli aktivinə 3 gümüş medal əlavə edib.
Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər.
Beləliklə, 13 ölkədən 100-dən çox idmançının qatıldığı millətlər kubokuna 12 boksçu ilə yollanan yığma 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub. İlin ilk beynəlxalq yarışında Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.