Boksçularımızdan beynəlxalq yarışda 7 qızıl və 4 bürünc

Polşanın Keltse şəhərində boksçuların beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, finalda Azərbaycan millisnin 7 üzvü rinqə çıxıb.

Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub ediblər.

16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan millimiz, bu sınağı 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığmamız bu göstərici ilə kişilərin yarışında komanda hesabında 1-ci olub. Bürünc medalları Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish