Boksçuların ölkə çempionatının açılışı nə ilə diqqət çəkdi?

Kişi boksçuların Azərbaycan çempionatının açılışı olub. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində baş tutan tədbirdən öncə çempion və veteran boksçuların 2-ci Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü olub. Görüşdə tanınmış idmançılar karyeraları ilə bağlı məlumat verib, çempionatın fəxri qonaqlarını maraqlandıran sualları cavablandırıblar.

Sonra çempionatın açılış mərasiminə start verilib. Azarkeşlərin alqış sədaları altında öncə komandalar, ardınca çempion və veteran boksçular Vətən müharibəsi şəhidlərinin övladları ilə birgə paraddan keçiblər. Azərbaycan boks federasiyasının tərəfdaşı olan Azərbaycan beynəlxalq bankı şəhid övladlarına hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirilib.

Dövlət bayrağı qaldırıldıqdan sonra hakimlər zala daxil olub. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

Həmin kateqoriyadan