- Baxış sayı: 37
- 26 İyul 2024 15:26
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
60 kq çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.
Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.
Yığmamız Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.