Bölgələrdə Formula1 çempionatı

Bakı Şəhər Halqası əməliyyat şirkəti və Azərbaycan Avtomobil Federasiyası regionlarda maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı ilə simulyatorda Formula1 çempionatı keçirəcək. Allsport.az saytı xəbər verir ki, yarış çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.

Fevralın 19-dan martın 10-dək davam edəcək səyahətdə çempionat və seminarlarda Lənkəran, Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubada olan yuxarı sinif şagirdləri iştirak edəcəklər. İlk mərhələdə hər regiondan bir qalib seçiləcək və həmin qaliblər Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində yarışacaqlar. Yarışın sonunda qalib ilə yanaşı final mərhələsinin digər iştirakçılarına da sertifikat və dəyərli hədiyyələr təqdim olunacaq.

 

Həmin kateqoriyadan