- Baxış sayı: 31
- 20 Mart 2026 23:37
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

“Neftçi” güclülər dəstəsinin 25-ci turunda evdə “İmişli”ni 6:0 hesabı ilə darmadağın edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub bunu deyib:
“İki hücumçumuz – Sambu və Abubakar zədələnib. Yalnız Salyanski ilə Kurçi qalmışdı. “Qəbələ” ilə matçda Freddi Varqası hücumda oynatmışdıq. Bu gün də yoxladıq və pis alınmadı. Futbolçulara çox təşəkkür edirəm, istəkli və gözəl əhvalda idilər.
Bundan əvvəl “İmişli”yə qalib gələ bilməmişdik. Borcumuzu qaytarmalıydıq. Bunu etdikləri üçün futbolçulara minnətdaram. Onlar 3 gün dincələcəklər, sonra yenidən hazırlaşacağıq. Artıq səhv etmək imkanımız yoxdur. Avrokuboklara vəsiqə qazana bilmək üçün səhv etməməliyik. Qarşıda əsas rəqiblərlə oyunlarımız var. Bu matçlarda xarakterimizi görəcəyik”.