- Baxış sayı: 5
- 01 Aprel 2026 12:59
- Baxış sayı: 801
- Mart 30, 2026
- 0

Mövsümün gedişində “Neftçi”dən ayrılan Roberto Bordinlə İtaliyanın “C” seriyasında mübarizə aparan daha bir klub maraqlanır. Allsport.az xəbər verir ki, Canluka Atsorinin ayrılığından sonra “İmolese” klubu 55 yaşlı çalışdırıcını komandanın baş məşqçi postuna gətirmək istəyir.
Daha öncə “C” seriyasının digər təmsilçisi “Sambenedettese”nin Bordinlə maraqlandığı iddia edilmişdi.
İtaliyalı mütəxəssis 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.