- Baxış sayı: 12
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Allsport.az xəbər verir ki, “Fateh Qaragömrük”ün hücumçusu Fabio Borini “Sampdoriya”ya keçib.
32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
İtaliya çempionatının 2022/23 mövsümünü sonuncu pillədə başa vuran “Sampdoriya” 2-ci diviziona düşüb. Borini isə əvvəllər “Çelsi”, “Liverpul” və “Milan”da çıxış edib. O, 2022/2023 mövsümündə bütün yarışlarda 31 oyun keçirib, 21 qol vurub və 8 qolun ötürməsini verib.