- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Qvineyalı hücumçu Seru Qirassi “Ştutqart”dan Dortmund “Borussiya”sına keçməyə yaxındır.
Allsport.az xəbər verir ki, Dortmund klubu 28 yaşlı futbolçu ilə 4 illik müqaviləyə razılaşıb. “Borussiya” qvineyalı forvard üçün sərbəstqalma şərtini 18 milyon avroya aktivləşdirib.
Qirassi Almaniya çempionatının son mövsümündə 28 qol vurub. O, bombardirlər siyahısında yalnız “Bavariya”nın futbolçusu Harri Keyndən (36 qol) geri qalıb.