- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Almaniyanın “Borussiya” klubunun erməni legioneri Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qəbələ” ilə oyuna hazırlaşdığını bəyan edib. Allsport.az saytı xəbər verir ki, Bundesliqanın son turunda keçirilmiş “Maynts”la matçdan sonra, jurnalistlər ona Azərbaycana viza alıb-almadığına dair sual veriblər.
Ermənistan millisinin üzvü suala belə cavab verib: “Bilmirəm. Pasportum məndə deyil. Bunu rəhbərlikdən soruşmağınız yaxşı olar. Mən oyuna hazırlaşıram”.
Qeyd edək ki, “Qəbələ” – “Borussiya” görüşü oktyabrın 22-də Bakıda keçiriləcək və saat 22:00-da başlayacaq.