Bottas “Skay Sports”a müsahibə verib: Sürücülər öz fikrini bildirməkdə azad olmalıdır

Allsport.az saytı xəbər verir ki, bir müddət öncə “Alfa Romeo” komandasının pilotu Valterri Bottasın FİA ilə bağlı açıqlaması müzakirəyə səbəb olub. O, çempionatda çıxış edən sürücülərin söz azadlığının müdafiəsinə münasibət bildirib. Finlandiyalı pilot ”Sky Sport” televeziyasına bu mövzuda açıqlama verib:

”Mən şəxsən hesab edirəm ki, bütün sürücülər öz fikirlərini ifadə etməkdə azad olmalıdırlar. Bizə vacib olan mövzularda öz dəstəyimizi əsirgəməməliyik. Bizim planetdə yaşayan bütün insanlar azad olmalıdırlar.

FİA rəsmiləri münaqişələrdən uzaq olmaq üçün, kiminsə çağırışını və etirazını əks etdirən köynəkdə gəzməsini dəstəkləmir. Bizim üçün vacib olan məsələləri yaxşılığa və əmin-amanlığa döğru istiqamətləndirmək önəmli olmalıdır”.

Həmin kateqoriyadan