- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 finalının “Səbail”lə cavab matçından sonra (3:0) mətbuat konfransında danışıb:
“Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismətə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Bu, komanda üçün əlavə motivasiyadır.
Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq”.