- Baxış sayı: 38
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak etmək üçün Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, bu gün «Fairmont» mehmanxanasında onun iştirakı ilə AGF, Bakı-2015-in Əməliyyat Komitəsi və AOK-un nümayəndələri arasında görüş keçirilib. Toplantıdan sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb:
“Biz I Avropa Oyunlarına hazırlıqları müzakirə etdik. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç güləş yarışlarının keçiriləcəyi arena ilə tanış oldu. Avropa Oyunları ərəfəsində Bakıda Federasiya Kuboku turniri keçirəcəyik. Bu yarışlar test xarakteri daşıyacaq. Ümumiyyətlə, Bakı-2015-ə hazırlıq yüksək səviyyədə davam etdirilir. Əminəm ki, Azərbaycan güləşçiləri paytaxtımızda keçiriləcək yarışlarda yüksək nəticələr qazanacaqlar”.
Qeyd edək ki, gələn il Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev Arenada olacaq və 6 gün davam edəcək. Burada 480 bahadır 24 dəst medal uğrunda mübarizə aparacaq.