- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bakı şəhər icra hakimiyyəti və Bakı şəhər gənclər və idman baş idarəsinın birgə təşkilatçılığı ilə paytaxtın bütün rayonlarını əhatə edən 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında “Böyük zəfər” məhəllələrarası mini futbol turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2 mərhələdən ibarət olan futbol yarışmasında ümumilikdə 1060 gənc idmançının yer aldığı 88 komanda iştirak edib.
Olimpiya sistemi üzrə keçirilən yarışda iştirakçı komandalar Şanlı Qələbəmizin şərəfinə “Zəfər”, “Qələbə”, “Qarabağ”, “Şuşa”, “Vətən”, “Zəngəzur”, “Dəmir yumruq” və s. bu kimi vətənpərvər ruhlu adlar daşıyıblar. Yarışlar paytaxtın qəsəbə və yaşayış məntəqələrində əsaslı təmir olunan və sakinlərimizin sevimli isrirahət yerlərinə çevrilən 46 abad məhəllədəki hər cür şəraiti olan mini stadionlarda keçirilib. Dekabrın 10-na kimi paytaxt rayonlarında yarışların birinci turu başa çatıb, sonra isə rayon yarışlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə final oyunları ilə yekun vurulub. Turnirin bağlanışı ilə bağlı tədbir və final oyunları Xətai rayonunda Milli qəhrəman, şəhid Məzahir Rüstəmovun adını daşıyan küçədəki abad məhəllədə təşkil edilib. Bağlanış mərasimində çıxış edən rəsmilər, idman mütəxəssisləri yarışlarin gedişi barədə məlumat verib və yeniyetmələrə gələcək yarışlarda uğurlar arzulayıblar.
Final oyununda Nizami rayonunun “Xəzri” və Sabunçu rayonunun “Polad” komandaları qarşılaşıb və oyun 4-2 hesabı ilə “Polad” komandasının qələbəsi ilə başa çatıb. Beləliklə, Bakı şəhərinin abad məhəllələrində 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında “Böyük zəfər” məhəllələrarası mini futbol turnirinin qalibi Sabunçu rayonun “Polad” komandası elan edilib. İkinci yerə Nizami rayonun “Xəzri” və üçuncü yerə isə Binəqədi rayonun “Dəmir yumruq” komandası layiq görülüb. Yarışların qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.