- Baxış sayı: 19
- 25 Noyabr 2024 18:42
- Baxış sayı: 36
- Noyabr 25, 2024
- 0
Məşqçilər Şurasının üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsindəki son oyunundan danışıb. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, Robert Prosineçkinin komandasının səfərdən 3 xalla qayıtması real görünür:
“Öncə İtaliya ilə oyun haqda danışmaq istərdim. Millimizdə istək var idi. Berti Foqtsun dövrüylə müqayisə etsəm yığma yaxşı oynadı, hətta qol da vurdu. Amma müqayisəsiz demək olar ki, çoxlu səhvlər etdik. İtaliya bütün gücü ilə oynamasa belə layiqli qələbə qazandı.
Etiraf etmək lazımdır ki, biz iki dəfə onlardan zəif komandayıq. Bununla belə ikinci hissədə İtaliya üçün o qədər də həyəcanlı hücum yaratmadıq. Bolqarıstanla oyuna gəldikdə bu görüş hər iki tərəf üçün formal oyundur. Millimiz qələbə qazana bilər, amma bu uğur heç nəyi dəyişməyəcək. Yalnız yeni seçmə mərhələ üçün motivasiya ola bilər”.