- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın, eləcə də əvəzedicilərin çempionatının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“İnter” – “Sumqayıt” matçının 27-ci dəqiqəsində “İnter”in futbolçusu Kamran Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Zirə” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.