- Baxış sayı: 60
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 61
- Dekabr 18, 2025
- 0

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda premyer liqanın 18-ci turunda baş verənlər müzakirə olunub.
Ümumilikdə, 3 klub 1800 manat cərimələnib. Zirə” – “Qəbələ” oyununda 2-ci sarı vərəqə alan qonaqların müdafiəçisi Rasim Ramaldanov 1 matçlıq kənarlaşdırılıb. “Qara-qırmızlar” 200 manat ziyana düşüb.
Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib. “Sumqayıt”la matçda 4 oyunçusuna xəbərdarlıq edilən “Neftçi”nin də cəzası eyni olub.