- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclasında 1-ci divizionun 9-cu turun oyunları ilə bağlı qərarlar qəbul olunub. Allsport.az saytı xəbər verir ki, referiyə qarşı kobud davranan “Səbail-2”-nin üzvü sərt cəzalanıb:
“Zirə-2” – “Kəpəz” matçında ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fərid Bayramov 2-ci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Turan Tovuz” – “Keşlə-2” matçında qonaqlardan 4 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
“Qarabağ-2” – MOİK matçında “hərbçilər”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Ağsu” – “Neftçi-2” matçında “ağ-qaralar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Səbail-2” – “Zaqatala” matçının 55-ci dəqiqəsində meydan sahibinin futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimələnib.