- Baxış sayı: 7
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 114
- Noyabr 28, 2024
- 0
Şamaxı olimpiya mərkəzində AFFA tərəfindən Avro-2020-nin könüllülük proqramı çərçivəsində yay düşərgəsi davam edir. Allsport.az saytı xəbər verir ki, tədbirdə qeydiyyatdan keçən, eyni zamanda, Avropa liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan 200 könüllü iştirak edir.
AFFA-nın baş katibi Elxan Məmmədov sentyabrın 12-də düşərgəyə baş çəkən qonaqlar arasında olub. O, könüllülərlə birgə komanda quruculuq tədbirlərində iştirak edib, eləcə də idarəetmə qabiliyyətinin iş və şəxsi həyatda tətbiqi barədə onlarla fikir mübadiləsi aparıb. Könüllülərlə diskussiya zamanı şəbəkə oyunu təşkil olunub, oyunun sonunda yaranmış torun altında şəkil çəkdirilib.
Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında ünsiyyətin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır. Həmçinin düşərgədə könüllülərə Avro-2020 haqqında məlumatlar verilir, müxtəlif şöbələr tərəfindən təlimlər təşkil olunur, xüsusi qonaqlarla görüş və seminarlar həyata keçirilir.