- Baxış sayı: 23
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
AFFA-nın maliyyəsi hesabına dəyişdirilən Gəncə şəhər stadionun ot örtüyü qısa zaman sonra yaramaz hala düşüb. Allsport.az saytı xəbər verir ki, “Boz evin” bəh-bəhlə təriflədiyi zəmi saralaraq tanınmaz şəklə düşüb. İdman qurğusunun direktoru Cabir İbrahimov qol.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
“Stadionun ot örtüyünün salınmasına cavabdeh “Aqrosport” şirkətidir. Həmin işləri icra etmək üçün onların bizdə nümayəndəsi var. Hər şeyə özləri nəzarət edirlər. Bizə verdikləri məlumata görə, belə olmalıdır. Havanın soyuq keçməsi və qazonun altında istilik sistemlərinin olmaması səbəbindən ot örtüyü saralıb.
Vaxtı-vaxtında qazona qulluq göstərilir. İşçilər hər gün gəlib nəzarət edirlər. Bu, oyunların keçirilməsinə mane olmayacaq. Çünki problem otun özündə yox, rəngindədir. Yəqin ki, növbəti aydan rəngi düzələr, yəni, yaşıllaşar”.