Branimir Subaşiç oynadı, komandası uduzdu

Serbiya Super Liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Boraç”la qarşılaşıb. Matç Subaşiçin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxmış Branimir sonadək mübarizə aparsa da, komandasına heç nə ilə kömək edə bilməyib.

Qeyd edək ki, “OFK Belqrad” hazırda 12 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan