- Baxış sayı: 29
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 139
- Fevral 04, 2026
- 0
Serbiya Super Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Vozdovaç”la qarşılaşıb. Matç Subaşiçin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın 84-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 18 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.