Braziliya millisi ona tapşırıldı

5-qat dünya çempionlarının yeni baş məşqçisi Ramon Menezes olub. Allsport.az saytı xəbər verir ki, 49 yaşlı mütəxəssis müvəqqəti olaraq iş başındadır. O, əvvəl Braziliyanın 20 yaşlılardan ibarət millisinə rəhbərlik edib.

Menezesin yeni vəzifə başında ilk oyunu martın 25-də Mərakeşlə yoldaşlıq oyunu olacaq. Braziliya millisi tarixdə ilk dəfə bu ölkədə meydana çıxacaq.

Xatırladaq ki, bundan əvvəl pentakampeonları Adenor Tite çalışdırırdı. O, Qətər-2022 dünya çempionatından sonra istefa verib.

Həmin kateqoriyadan