Braziliya millisinə düşmək istəyir

“Zenit”inin yarımmüdafiəçisi Qustavo Mantuan, Braziliya millisinə düşməyi qarşısına məqsəd qoyub.
Allsport.az
 saytı xəbər verir ki, o, Malkolmun debütünü təqdir edib, özünə ümid yaradıb:

“Təbii ki, ora çatmaq məqsədi var. Bu mühüm vəzifədir. Əsas və olimpiya yığmasının məşqçilər korpusunun planlarında yer almaq üçün belə səviyyəli futbol nümayiş etdirməyi gözləyirəm. Mən Braziliya millisinin forması ilə çıxmaq istərdim”.

Onun Sankt-Peterburq klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Braziliyalının dəyəri 3 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan