Braziliya qran-prisinin qalibi: Bu yürüşdə Lüis Həmilton mənə qorxulu olmayıb

“Ferrari” komandasının sürücüsü Sebastyan Fettel dünya çempionatı boyu əsas izləyicisi Lüis Həmiltonla bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, Braziliya mükafat yarışında sonuncu yerdən 4-cü yerə yüksələn həmkarı ona qorxulu olmayıb. F-1.az-a görə, britaniyalı sürücü yarışa pit yolundan start versə də, son dövrələrdə Kimi Rəykkönenlə fəxri kürsü uğrunda mübarizə aparıb və öncül Fetteldən cəmi 5 saniyə geri qalıb.

“İlk pit-stopdan sonra önümdə olduğunu gördüm. Amma təəəccüblənmədim. Bu cür tərs strategiyaların yaxşı işlədiyini görmüşük. Öndə olduğum üçün hər şeyə istədiyim kimi nəzarət edirdim. Narahat deyildim. İstəsəm, sürətlənərdim. Lüis son dövrələrdə SuperSoft təkərlərlə sürətli idi və təəccüblü deyildi. Amma yaxşı yüksəldi və təbrikə layiqdir. Lakin onu heç vaxt təhdid kimi görmədim” – deyə, almaniyalı pilot əlavə edib.

Xatırladaq ki, Braziliyada Sebastyan Fettel qalib olsa da, ümumi qran-prilərdə Lüis Həmilton erkən olaraq çempion adını qazanıb.

Həmin kateqoriyadan