- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Allsport.az saytı xəbər verir ki,”ağ-qaralar” Andre Şinyaşiki transfer edib. Braziliyalı sol vingerlə 2 illik müqavilə imzalayıb. Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.
Andre Şinyaşiki ABŞ-nin “Kolorado Rapids” (2017-2022), “Kolorado Sprinqs Suitçbaks” (2019) və “Şarlott” (2022-2023) klublarında çıxış edib. 2019-cu ildə MLS-də ilin ən yaxşı gənc oyunçusu seçilib.
“Neftçi” bundan əvvəl Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffini transfer edib.